
Lukaşenko İrana səfər edəcək
Belarus prezidenti Aleksandr Lukaşenko martın ortalarında İrana səfər edəcək .
Busaat.az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə İran səfiri Səid Yari ilə görüşündə bildirib.
“Bilirsiniz ki, mən yaxın vaxtlarda, İran prezidentinin dəvəti ilə ölkənizə səfər etməyi planlaşdırıram. Biz orada ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik.Bu,görüş əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq”, – dövlət başçısı bildirib.
Lukaşenko daha əvvəl bildirmişdi ki, 2022-ci ilin sentyabrında Səmərqənddə Belarus və İran arasında aparılan danışıqlar bütün sahələrdə qarşılıqlı fəaliyyətə güclü təkan verib. Onun sözlərinə görə, Minsk həmişə Tehranla “dostluğa sadiq qalıb” , həmçinin əldə olunmuş razılaşmaların həyata keçirilməsinə məsuliyyətlə yanaşıb.
Busaat.az























