Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 859 $▼0.39%
  • Ethereum1 779 $▲0.57%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Lukaşenko KTMT Nizamnaməsinə dəyişikliklərlə bağlı protokol imzalayıb

image-1381995
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsinə dəyişikliklərlə bağlı  Dördüncü Protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.

Busaat.az xəbər verir ki, sənəd cümə günü milli hüquq portalında dərc olunub.

“26 avqust 2022-ci ildə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə dəyişikliklər haqqında 2002-ci il 7 oktyabr tarixli Dördüncü Protokol ratifikasiya edilsin”, – məlumatda deyilir.

Qeyd edək ki, sənəd bu il yanvarın sonunda Belarus parlamenti tərəfindən ratifikasiya edilib. Dördüncü Protokola əsasən, KTMT Nizamnaməsinin 8-ci maddəsinə görə,  üzv dövlətlərin əlavə olaraq bioloji təhlükəsizlik sahəsində əməkdaşlığı haqqında müddəa öz əksini tapır.

Bundan başqa təşkilatın  Nizamnaməsinin 17-ci maddəsi isə səlahiyyətlərə vaxtından əvvəl xitam verilməsinin mümkünlüyü haqqında müddəa ilə tamamlanır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100980