
Lukaşenko martın 31-də xalqa müraciətlə çıxış edəcək
Aleksandr Lukaşenko martın 31-də Belarus xalqına müraciətlə çıxış edəcək.
Busaat.az xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri İqor Sergeyenko açıqlama verib.
“Bizi qarşıda daha bir mühüm, fundamental hadisə gözləyir: Prezidentin Belarus xalqına və Milli Assambleyaya illik dövlət müraciəti. O, martın 31-də baş tutacaq”, – Sergeyenko deyib.
Onun sözlərinə görə, prezident “sürətlə dəyişən geosiyasi şəraitdə Belarusun inkişafı üçün təcili strategiyanı” müəyyən edəcək.
Prezident administrasiyasının rəhbəri qeyd edib ki, Lukaşenko xalqa müraciətinin mətni üzərində işi davam etdirib, çünki “vəziyyət dinamik şəkildə, praktiki olaraq hər gün dəyişir, ona görə də sənəd yenilənməlidir”.
Busaat.az























