
Lukaşenko Putin və Nazarbayevlə telefonla danışığı aparıb - TASS
Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı prezidenti Vladimir Putin və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə telefon danışığı aparıb.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, Lukaşenko səhər saatlarında Putinlə danışıb. Günün ikinci yarısında isə Nazarbayevlə regiondakı vəziyyəti, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.
Putinlə əvvəlki telefon danışığı zamanı Lukaşenko Rusiya liderinə “VAQNER”-in rəhbəri Priqojin ilə apardığı danışıqlar barədə məlumat verib.
Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “VAQNER”-in yaradıcısı Yevgeni Priqojinin Telegram kanalında bir neçə səs yazısı yerləşdirilib. O, bölmələrinin hücuma məruz qaldığını iddia edərək, ölkənin hərbi rəhbərliyini günahlandırıb. Bu bəyanatlardan sonra Federal Təhlükəsizlik Xidməti (FSB) silahlı üsyana çağırışlarla bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi “VAQNER”-in arxa düşərgələrinə zərbələr endirilməsi ilə bağlı iddiaları yalan adlandırıb.
Xalqa müraciət edən prezident Vladimir Putin “VAQNER”-in hərəkətlərini silahlı qiyam və vətənə xəyanət kimi qiymətləndirib.
Şənbə günü isə Belarus prezidenti Aleksandr Lukaşenko Putinlə koordinasiyalı şəkildə Priqojinlə danışıqlar aparıb və nəticədə gərginliyin azaldılması barədə razılıq ldə olunub. Priqojinbildirib ki, “VAQNER” öz səhra düşərgələrinə qayıtmaq üçün Moskvaya irəliləyişini dayandırır.
Busaat.az























