Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 465 $▼6.97%
  • Ethereum1 738 $▼9.81%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Lukaşenko xəstədir? - Belarus Milli Günü ilə bağlı tədbirdə iştirak etmir

image-lukasenko11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko bazar günü Milli Gerb, Dövlət Bayrağı və Dövlət Himni Günündə ictimaiyyət qarşısına çıxmayıb.

Busaat.az xəbər verir ki, bu barədə bir sıra Belarus və beynəlxalq dövri nəşrlər və bloqlar yazır.

Lukaşenkonun adından təbrik prezidentin saytında yerləşdirilib, lakin onu bayram mərasimi zamanı baş nazir Roman Qolovçenko oxuyub.

Spektr qəzetinin qeyd etdiyi kimi, Lukaşenko son iki ildə bu bayramda şəxsən iştirak edib.

Belarus prezidenti sonuncu dəfə mayın 9-da Moskvada Qələbə Günü münasibətilə keçirilən hərbi paradda ictimaiyyət qarşısına çıxıb.

O zaman jurnalistlər Lukaşenko ilə bağlı nəyinsə yolunda getmədiyinə diqqət çəkiblər. O, yorğun görünüb, Qırmızı Meydandan 300 metr gedə bilməyib və elektromobildən istifadə etməli olub.

Əlində bir sarğı var olub ki, adətən venadaxili terapiya tətbiq edildikdə qoyulur.

Həmçinin Lukaşenko Rusiya prezidenti Vladimir Putin və Moskvaya gələn digər liderlərlə şam yeməyinə qatılmayıb.

Axşam yenidən Minskə uçub və ənənənin əksinə olaraq, 9 May mərasimində çıxış etməyib. Lukaşenkonun əvəzinə onun göstərişi ilə prezidentin çıxışını müdafiə naziri Viktor Xrenin oxuyub.

Digər kütləvi informasiya vasitələri daha əvvəl Lukaşenkonun orqanizmində endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi pozulma olduğunu bildiriblər. Moskvadan olan həkimlər Belarus prezidentini müalicə etmək üçün dəfələrlə Minskə gediblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109660