
Lukaşenkonu mühafizə edən helikopterlər Polşa sərhədini pozmayıb - Belarus XİN
Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizəçilərinə məxsus olduğu iddia edilən helikopterlər Polşa ilə sərhədi pozmayıb.
Busaat.az xəbər verir ki, bu barədə TASS-a Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
Polşa hökumətinin sabiq rəhbəri, Vlodzimierz Çimoşeviç bildirib ki, avqustda Polşanın hava sərhədini pozan iki helikopterdən biri, Belarus Prezidentinin mühafizəsinə aiddir.
“Dünən Polşanın müvəqqəti işlər vəkilinə hər şey göstərildi və mümkün qədər ətraflı izah verildi. Polşa ərazisinə heç bir giriş yox idi. Buna görə də, Çimoşeviçin fərziyyələri heç bir halda reallığa uyğun gəlmir”, – Belarus Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, avqustun 1-də Varşava iki Belarus hərbi helikopterinin Bialovyesa bölgəsində Polşanın hava sərhədini pozduğunu açıqlayıb.
Busaat.az























