
Lula da Silvadan inkişaf etmiş ölkələrə reaksiya: Zərərli qazları ən çox onlar yayırlar
Braziliya prezidenti Luiz İnasio Lula da Silva iqlim dəyişikliyi ilə mübarizə və qanunsuz ağac kəsilməsinin qarşısını almaq üçün tədbirlər paketi elan edib.
Busaat.az xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Planalto Prezident sarayında ətraf mühit naziri Marina Silva ilə görüşərək, iqlim dəyişikliyinin və qeyri-qanuni ağac kəsilməsinin qarşısını almaq üçün bir sıra ehtiyat tədbirləri həyata keçirdiklərini bildirib.
Avqust ayında region ölkələrinin iştirakı ilə Amazon sammitinin keçiriləcəyini xatırladan Lula da Silva dünyanın ağciyərlərinin qorunması üçün beynəlxalq əməkdaşlıq mexanizmlərini təklif edəcəklərini bildirib.
Bölgədə narkotik və ağac qaçaqmalçılığına son qoyulmasının vacibliyini vurğulayan Lula da Silva deyib: “İqtisadi inkişaf və ətraf mühitin qorunması arasında heç bir ziddiyyət yoxdur. 30 milyon hektar torpaq sahəsinin bərpası mümkündür”.
İnkişaf etmiş ölkələrin iqlim böhranı ilə mübarizədə üzərinə düşəni etmələri lazım olduğunu izah edən Lula da Silva qeyd edib: “Tarix boyu ən çox meşələri məhv edib, ətraf mühitə ən çox zərərli qazları yayan onlar olub. Bəzən zəngin ölkələr bacaracaqları vədlər verirlər, ancaq, təəssüf ki, verilən vədlər yerinə yetirilmir. Müharibələrə milyonlarla dollar xərclənir”.
Busaat.az























