
Luqansk vilayətində döyüşərək irəliləyirik – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Luqansk vilayətini Rusiya ordusundan geri almaq üçün mübarizə apararaq yavaş-yavaş irəliləməyə davam etdiklərini bildirib.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti özünün Telegram hesabında paylaşdığı videomüraciətdə deyib.
Rusiya qüvvələrinin ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini deyən Zelenski, hazırda ən şiddətli toqquşmaların Donetsk cəbhəsində getdiyini qeyd edib. Ukrayna ordusunun Luqansk bölgəsində irəliləyiş əldə etdiyinə diqqət çəkən Zelenski, “Luqansk bölgəsində döyüşərək yavaş-yavaş irəliləyirik. Səhərdən bəri Şərq cəbhəsində 400-ə yaxın bombardman olub” – deyə, bildirib. Zelenski Rusiyanın hava zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturlarında təmir işlərinin davam etdiyini və paytaxt Kiyev başda olmaqla ölkənin 15 bölgəsində elektrik enerjisinin verilişində problemlər olduğunu əlavə edib.
Busaat.az























