Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 427 $▲0.01%
  • Ethereum1 801 $▲1.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Macarıstan Belarusdan Ukraynada sülh yolu ilə nizamlanmaya kömək etməyi xahiş edib

image-france-hungary-diplomacy
Hungary's Foreign Minister Peter Szijjarto answers journalists' questions during an interview at the Hungarian Embassy in Paris on May 18, 2021. (Photo by BERTRAND GUAY / AFP)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Macarıstan gözləyir ki, Belarus Ukraynada silahlı münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün əlindən gələni edəcək və münaqişənin sülh yolu ilə nizamlanması üçün səylər göstərəcək.

Busaat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto Budapeştdə belaruslu həmkarı Sergey Aleyniklə görüşdən sonra jurnalistlərə bildirib.

“Müharibənin eskalasiya təhlükəsi indi heç vaxt olmadığı qədər yüksəkdir. Eskalasiyadan qaçmaq bizim fundamental maraqlarımıza uyğundur və buna görə də mən bugünkü görüşdən istifadə edərək belaruslu nazirdən bunun üçün mümkün olan hər şeyi etməyi və hərbi əməliyyatların genişləndirilməsi riskini azaltmağı xahiş etdim”, – Szijarto bildirib.

Nazir həmçinin vurğulayıb ki, Macarıstan Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün Belarusla kommunikasiya kanallarını açıq saxlamaq niyyətindədir.

“Nə qədər ki, rabitə kanalları açıq qalır, biz sülhə ümid edirik. Biz macarlar ümid edirik ki, sülh danışıqları mümkün olan ən qısa zamanda bərpa oluna bilər”, – Szijarto bildirib.

Öz növbəsində, onun belaruslu həmkarı ölkəsinin xarici siyasətinin sülhsevər xarakterini, o cümlədən istənilən fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək istəyini vurğulayıb: “Biz heç kimə hücum etmək istəmirik”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106709