
Macarıstan Çexiya və Polşa ilə birlikdə Slovakiyanın hava məkanını qoruyacaq - Media
Macarıstan Çexiya və Polşa ilə Slovakiyanın hava məkanının mühafizəsi haqqında sazişə qoşulub.
Busaat.az xəbər verir ki, bu barədə Slovakiyanın teraz.sk nəşri məlumat yayıb.
Məlumatda Slovakiyanın Polşa və Çexiya ilə 2022-ci ilin payızından ölkənin hava məkanının mühafizəsi haqqında saziş imzaladığı vurğulanıb.
Macarıstanın müdafiə naziri Krysztof Szalai-Bobrovnicki sosial media hesabında deyib: “Macarıstan iyul ayından başlayaraq bir il yarım ərzində Çexiya və Polşa ilə birlikdə Slovakiyanın hava məkanını qoruyacaq”.
Qeyd edək ki, sazişi Slovakiya, Polşa, Çexiya və Macarıstanın müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.
Busaat.az























