Macarıstan Rusiyanın “Sputnik V” peyvəndini seçib

Macarıstan Rusiyanın “Sputnik V” peyvəndini seçibbackend

Macarıstan Rusiya istehsalı olan “Sputnik V” peyvəndini alıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Szijjarto məlumat verib.

O, Macarıstan və Rusiya arasındakı razılaşma çərçivəsində 6 min doza rus peyvəndinin Slovakiya üzərindən ölkəsinə çatdığını qeyd edib. Szijjarto Rusiyada 40 min insan üzərində sınaqdan keçirilmiş rus peyvəndinin yüzdə 91,4-lük qoruma təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, son 24 saat ərzində Macarıstanda 609 yeni yoluxma qeydə alınıb, 114 nəfər həyatını itirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki