
Macarıstan: Sanksiya ilə özümüzü ayağımızdan və ciyərlərimizdən vurduq
Macarıstan Rusiyanın nüvə enerjisinə qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləməkdən imtina edir və hesab edir ki, yeni sanksiyalar olmamalıdır.
Busaat.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib.
Peter Szijjarto bəyan edib ki, 11-ci sanksiya paketi avropalı ixracatçılar və Aİ ilə Çin arasında münasibətlər üçün riskləri ehtiva edir.
Szijjartonun sözlərinə görə, yeni məhdudiyyətlər tətbiq olunarsa, Avropa şirkətlərinin Rusiyadan kənara ixracı əvvəlkindən daha çətin olacaq və bu, Aİ-nin rəqabət qabiliyyətini azaldacaq.
Çin ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın Avropa üçün prioritet olduğunu ifadə edən Szijjarto deyib:
“Sanksiya paketinin daha bir təhlükəli elementi odur ki, Aİ 8 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər görəcək. Aİ Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etsə, bu, Avropa-Çin münasibətlərinə çox ciddi təsir göstərəcək. Biz artıq özümüzə atəş açmışıq. Onsuz da sanksiya ilə özümüzü ayağımızdan və ciyərlərimizdən vurduq. Çinlə münasibətlərin pisləşməsinə görə yenə çox şey itirəcəyik”.
Aİ daxilindəki atmosferin hələ də döyüş üslublu olduğunu qeyd edən Szijarto, Aİ-yə üzv ölkələrin əksəriyyətinin Macarıstan hökumətinə Ukraynadakı müharibənin hərbi yolla həllinin mümkünlüyünə işarə etdiyini deyib, lakin bunun hərbi əməliyyatların uzanması riskini daşıdığını qeyd edib.
Busaat.az























