Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 631 $▲0.81%
  • Ethereum1 807 $▲2.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Macarıstan ukraynalı hərbçilərə təlim keçməkdən imtina edir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Macarıstan ukraynalı hərbçilərə təlim keçmək niyyətində deyil, çünki bu addım, yalnız qonşu ölkədə münaqişəni gərginləşdirəcək.

Busaat.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin yanında Rabitə və Beynəlxalq Əlaqələr üzrə Dövlət katibi Tamas Menczer deyib.

“Bəzi Avropa ölkələri ukraynalı əsgərlərə təlim keçir. Macarıstan bunu etməyəcək. Biz müharibəyə deyil, sülhə qayıtmaq istəyirik” – deyə, diplomat rəsmi Facebook səhifəsində yazıb.

Qeyd edək ki, ötən həftənin sonunda Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, noyabrda başlayan Aİ-nin Hərbi Yardım Missiyası çərçivəsində artıq mindən çox Ukrayna əsgəri təlim keçib. 106,7 milyon avronun ayrılacağı təşəbbüs iki il ərzində 15 min ukraynalı hərbçinin təlim keçməsini nəzərdə tutur. Onların təlimləri Polşa, Almaniya və bir sıra digər Avropa ölkələrində keçiriləcək.

Macarıstan əvvəldən bu missiyada iştirak etməyəcəyini və bunun üçün vəsait ayırmaq niyyətində olmadığını bildirib. Bundan əvvəl Macarıstan hökuməti milli təhlükəsizlik maraqlarını əsas gətirərək Ukrayna ordusuna hərbi texnika və silah tədarük etməkdən və ya Macarıstan ərazisindən başqa ölkələrdən tranzitini təmin etməkdən imtina edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92988