
Macarıstan və Serbiya yeni neft kəmərinin tikintisi ilə bağlı razılığa gəliblər
Budapeşt və Belqrad Drujba neft kəmərinin Macarıstan hissəsindən yeni neft kəmərinin tikintisinə dair memorandum imzalayıblar.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Sənədin imzalanma mərasimində hər iki ölkənin prezidentləri Aleksandr Vuçiç və Katalina Novak, həmçinin baş nazirlər Ana Brnabiç və Viktor Orban iştirak ediblər.
Sənədi Macarıstanın xarici işlər naziri Peter Siyarto və Serbiyanın energetika naziri Dubraska Yedoviç imzalayıblar.
Busaat.az























