
Macarıstandan NATO mesajı: “Çin əleyhinə bloka çevirməyin”
NATO Çin əleyhinə bloka çevrilməməlidir.
Busaat.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Szijjarto yeni soyuq müharibə istəmədiklərini ifadə edərkən deyib.
Szijarto NATO-ya Çin əleyhinə bloka çevrilməməsi barədə xəbərdarlıq edib.
Szijjarto deyib: “Bu gün NATO-nun strateji konsepsiyası gündəmin başındadır. Çinlə əlaqələr, enerji təhlükəsizliyi, kritik infrastrukturun qorunması və s. kimi məsələlər daha aktualdır. Biz NATO-nun Çin əleyhinə bloka çevrilməsini istəmirik. Yeni soyuq müharibə riskini də istəmirik, onsuz da kifayət qədər problemimiz var”.
Macarıstanın Çin ilə əlaqələrini dəyərləndirən Szijjarto, “Çin ilə qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın həqiqətən mümkün olduğunu açıq şəkildə sübut etdik” – deyə, bildirib.
Busaat.az























