
Macarıstanı heç kim zorla Aİ-də saxlamır - Borrel
Jozef Borrel Macarıstanın baş naziri Viktor Orbanın Aİ-ni SSRİ ilə müqayisə etməsinə cavab verib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Borrelin sözlərinə görə, Brüssel Macarıstanı hərbi güc yolu ilə Aİ-də saxlamır.
“1956-cı ildə Budapeşti və onun küçələrində sovet tanklarını xatırlayıram və Sovet İttifaqının Macarıstanı işğalı ilə Avropa İttifaqı prosesləri arasında heç bir oxşarlıq görmürəm. Heç kim Macarıstanı Aİ-də hərbi güclə saxlamır”, – Borrell deyib.
Natiq Kərimli,
Busaat.az























