
Maduro Quranın yandırılması ilə bağlı Avropa liderlərinin susmasını tənqid edib
Venesuela prezidenti Nikolas Maduro İsveç və Danimarkada müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi təhqir edən ekstremistlərə qarşı Avropa ölkələrinin liderlərinin susmasını kəskin tənqid edib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir ki, o, bu barədə ” Al Mayadeen” telekanalına bildirib.
“Müsəlman xalqlarına qarşı bu irqçi nifrət hərəkətlərini qınayıram. Avropa liderlərinin Quran nüsxələrinin yandırılması ilə bağlı susması təəccüblüdür və bu, onların cinayətdə iştirakı anlamına gəlir”, – Maduro deyib.
Onun sözlərinə görə, İslamı və onun ardıcıllarını aşağılayan bu cür təxribatlara göz yummaq mümkün deyil.
“Avropalı xristianlar onların qarşısında İncil yandırılsa, nə edərlər? Ona görə də İslam dünyasının müqəddəs kitabının təhqir olunmasına qəzəbli reaksiyası tamamilə təbiidir”, – prezident əlavə edib.
Busaat.az























