Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▼4.46%
  • Ethereum1 818 $▼5.68%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Maduro Rusiyanın Perekop təlim gəmisini ziyarət edib

image-1397269
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Venesuela prezidenti Nikolas Maduro Marakaibo gölü döyüşünün 200-cü ildönümünə həsr olunmuş hərbi dəniz paradında iştirak edən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Perekop” təlim gəmisini ziyarət edib.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın Venesueladakı müvəqqəti işlər vəkili Eduard Sokolov TASS-a bildirib.

“Maduro Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopezin müşayiəti ilə, silahlı qüvvələrin bütün bölmələrinin rəisləri və Karakas meri Karmen Melendez ilə birlikdə gəmimizi ziyarət edib”, – Sokolov deyib.

Gəminin göyərtəsindəki təntənəli dəstədə Rusiyanın və Venesuelanın himnləri səsləndirilib.

Maduro, Venesuela və Rusiyanın həmişə bir yerdə olacaqlarını vurğulayıb.

Qeyd edək ki, Perekop gəmisi Sankt-Peterburq Hərbi Dəniz İnstitutunun, Admiral Naximov adına Ali Dəniz Məktəbinin və Hərbi Dəniz Politexnik İnstitutunun kursantları ilə birlikdə Kronştadtdan Kubaya keçərək paradda iştirak etmək üçün Marakaibo gölünə gəlib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116085