
Makron ABŞ-a rəsmi səfər edəcək
Fransa prezidenti Emmanuel Makronun ABŞ-a rəsmi səfəri başlayıb.
Busaat.az xəbər verir ki, Makronun ABŞ prezidenti Co Bayden tərəfindən qəbul ediləcəyi gözlənilir.
Makronun Vaşinqtona səfəri çərçivəsində müzakirə ediləcək əsas mövzulardan birinin ABŞ-ın qəbul etdiyi İnflyasiyanın Azaldılması Aktı (IRA) olacağı bildirilirib. Məlumata görə, Makron ABŞ prezidentini Ümumdünya Ticarət Təşkilatının normalarına zidd olan və “dost olmayan” qanunu yumşaltmağa inandırmağa çalışacaq.
İki liderin danışıqlarında ABŞ-ın Avropaya satılan təbii qazının qiymətləri və Çinlə rəqabət məsələsi də müzakirə olunacaq.
Fransa prezidentinin ABŞ-a səfəri cümə günü başa çatacaq.
Busaat.az























