Makron dünyanı Rusiyaya təzyiq göstərməyə çağırdı

image-makronbackend

Fransa Prezidenti Emmanuel Makron dünya ölkələrini Rusiyaya qarşı təzyiq göstərməyə çağırıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Banqkokda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsində deyib.

O, zirvədəki çıxışında Ukraynadakı müharibəni dayandırmağın çox vacib olduğunu qeyd edib:

“Hamımız birlikdə Rusiyaya müharibəni dayandırmaq, beynəlxalq nizama hörmət etmək və danışıqlara qayıtmaq üçün eyni mesajı verməyə kömək etməliyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90