“Makron erməni lobbisinin girovudur” – Videobackend

“Bu münaqişənin tərəfləri fəal şəkildə informasiya müharibəsi aparırlar. Erməni təbliğat vasitələri ilk öncə məğlubiyyətin miqyasını gizlətmək üçün saxta xəbərlərdən aktiv şəkildə istifadə edirlər”.

Busaat.az xəbər verir  ki, bu sözləri Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Xəzər TV-nin “Press post” verilişinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Yeravan sakinlərinin dövlətə və silahlı qüvvələrə fərsiz rəhbərliyinə görə Paşinyanın istefası tələbi ilə küçələrə çıxmasına mane olmaq və onları ruhlandırmaq üçün də saxta xəbərlərə üz tuturlar.

Korotçenko Prezident İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyanın qatıldığı “60 dəqiqə” verilişindən də söz açıb:

“Azərbaycanın Prezidenti və Ermənistanın Baş Naziri rusiyalı tamaşaçılara ilk dəfə müraciət etdikdə, mən də “60 dəqiqə” adlı verilişin efirində iştirak edirdim. Biz orada tamamilə dəqiq, sakit, özünə güvənən İlham Əliyevi və özünü itirmiş , fikirlərini pis izah edən Nikol Paşinyanı gördük. Fərq çox böyük idi.

Mentalileti, tərbiyəsi, dövlət məsuliyyəti baxımından, deyərdim ki, İlham Əliyev qat-qat üstündür. Onlar fərqli çaplı siyasətçilərdir. İlham Əliyev səlahiyyətinə və rəhbərlik etdiyi ölkəyə cavabdeh olmağa hazır vəziyyətdə hakimiyyətə gələn bir insandır. Paşinyan isə kütlə məhsuludur. O, hakimiyyətə təsadüfən gələn bir insandır.

İki liderin çıxışlarını görən Rusiya televiziya tamaşaçıları, hətta Ermənistanı dəstəkləyənlər belə, veriliş bitdikdən sonra “Əliyev indi qalib gəldi” dedilər. Çünki onun çıxışı daha təsirli, uğurlu və biz, rusiyalı tamaşaçılar üçün daha başa düşüləndir”.

Eskpertin sözlərinə görə, Avropa ölkələrində yerli siyasətçilərə təzyiq göstərən çox güclü erməni lobbisi var:

“Misal üçün Fransa. Fransa Prezidenti Emmanuel Makron erməni lobbisinin girovudur və müstəqil olaraq Fransanın bu münaqişədəki mövqeyini müəyyənləşdirə bilmir. O tamamilə Yerevanın “altında”dır. Digər tərəfdən Avropa çox uzaqdır. Çünki onlar üçün Avropa Birliyindən kənarda olan insan həyatı dəyərləri, Fransadakı insan həyatı dəyərlərindən fərqlidir. Buna görə, Avropa Birliyi tərəfindən olan bu klassik siyasət ikili standartların təzahürüdür”.