Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 271 $▲1.81%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Makron hərbi büdcəni artırır

image-makron
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Prezidenti Emmanuel Makron 2024-2030-cu illər arasında ölkənin hərbi büdcəsinin artırılaraq 400 milyard avroya çatdırılacağını açıqlayıb.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa lideri Mont-de-Marsan bazasında Respublika Silahlı Qüvvələrinin komandanlığı qarşısında çıxışı zamanı deyib.

“Hərbi xərclərə ayrılan vəsait 2024-2030-cu illər arasında üçdə bir dəfə artırılacaq” deyən Makron hərbi büdcənin 400 milyard avroya yüksələcəyinə işarə edib.

Makron bundan əvvəl ABŞ-nin iqtisadi siyasətinin Avropa dövlətlərinə mənfi təsir göstərə biləcəyini bildirmişdi. Fransa Prezidentinin sözlərinə görə, Avropa İttifaqı ölkələri öz iqtisadiyyatlarını sənayeləşmə üzrə inkişaf etdirməyə borcludurlar. Makron, həmçinin hesab edir ki, Avropa dövlətləri “Made in Europe” strategiyasını həyata keçirməlidir.

O, eyni zamanda qeyd edib ki, Avropa ölkələri Amerikadan daha çox muxtariyyət əldə etməlidirlər. Makronun sözlərinə görə, Ukraynadakı münaqişə Avropanın Rusiya Federasiyası və digər potensial rəqiblər qarşısında zəifliyini, həmçinin ABŞ-dən güclü asılılığını ortaya qoyub.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97799