
Makron-Mask görüşünün TƏFƏRÜATLARI
Rəsmi təmaslar çərçivəsində ABŞ-da səfərdə olan Fransa prezidenti Emmanuel Makron və Elon Mask arasında dünən keçirilən görüşün təfərrüatları məlum olub.
Busaat.az xəbər verir ki, Makron görüşü açıq və dürüst kimi qiymətləndirərək, Twitter-in Christchurch Call işində iştirak etməyə davam edəcəyini bildirib.
Elon Mask Twitter-i aldıqdan sonra məzmun nəzarətçilərinin işdən çıxarılması ilə ortaya çıxan moderasiya boşluğu ilə bağlı tənqidlərin mərkəzinə çevrilib. Keçən həftə Yeni Zelandiyada Christchurch kilsəsində baş verən terror aktının görüntüləri Twitter-ə yüklənib və yalnız Yeni Zelandiya hökumətinin xəbərdarlığı ilə aradan qaldırılıb.
Digər tərəfdən, Makron noyabrın 10-da İlon Maskı işarələyərək, “Biz sosial şəbəkələrdə və internetdə uşaqlarımızı daha yaxşı qorumalıyıq! Uşaqlarımızı onlayn qorumaq üçün istifadəçi yaşını daha yaxşı yoxlamalı, cinsi cinayətkarları daha yaxşı aşkar edib dayandırmalı və zorakılığı daha yaxşı aşkar edib aradan qaldırmalıyıq. Biz məzmunu silməkdə daha bacarıqlı olmalıyıq. Biz tərəfdaşlarımızla birlikdə bu gün Uşaqların Onlayn Mühafizəsi Laboratoriyasını işə salırıq. Fransa, Estoniya, Yeni Zelandiya, Amazon, Dailymotion, Meta, Microsoft, Alphabet, Snap, TikTok və Qwant bu layihəyə qoşulub. Maraqlanan hər kəs bizə qoşulsun! Quş uşaqlarımızı qoruyacaqmı?” deyə, Maska sual ünvanlayıb və Elon Mask cavabında fransızca “Tamamilə” cavabını verib.
“Fransa və Avropanı yenidən sənayeləşdirməyə olan ehtiramımıza uyğun olaraq, mən bu gün Elon Mask ilə gələcəyin yaşıl sənaye layihələri, xüsusən də elektrik avtomobilləri və akkumulyator istehsalı haqqında danışdım. Biz onunla görüşdük, görüş zamanı açıq və dürüst danışdıq” – deyə, Fransa prezidenti Maskla görüşündən danışıb.
Məzmuna nəzarətin gücləndirilməsi və şəffaf istifadə şərtlərini müzakirə etdiyini bildirən Makron, Twitter-in AB qaydalarına əməl etməyə çalışmalı olduğunu bildirib.
Qeyd edək ki, Christchurch kilsəsində baş verən terror aktının 17 dəqiqə internetdə yayımlanmasından sonra Yeni Zelandiya və Fransanın liderliyi ilə 120-dən çox dövlət, sosial media platforması və QHT bir araya gələrək videonun yayılmasını əngəlləyən “Christchurch Call” adlı icma qurub və Twitter bu cəmiyyətin bir hissəsidir.
Twitter-in əl dəyişdirməsi ilə yeni rəhbərliyin bu cəmiyyətdə yer alıb-almayacağı sual altına düşüb. Bununla belə, Makron dünənki açıqlamalarında Twitter-in “Christchurch Call” çağırışı üzərində işləməyə davam edəcəyini təsdiqləyib.
Busaat.az























