Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Makron və Netanyahu İrana qarşı birgə hərəkət etmək haqqında razılığa gəlib

image-macron-netenyahu-reu-1989511_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı birgə hərəkət etmək qərarına gəliblər.

Busaat.az xəbər verir ki, Makron  Parisə gələn Netanyahunu Yelisey sarayında qəbul edib.

Saraydan verilən açıqlamaya görə, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib, başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.

Fələstin ərazilərindəki vəziyyətlə bağlı narahatlıqlarını bildirən Makron, insanlar arasında can itkisinə səbəb olan zorakı fəaliyyətlərdən qaçınılması lazım olduğunu xatırladıb.

Fransanın Məscidül-Əqsanın tarixi status-kvonuna sadiqliyini xatırladan Makron Netanyahuya “gələcəkdə Fələstin dövlətinin yaranma ehtimalı”nı və bölgədə sülhə olan ümidləri sarsıdan qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşı olduğunu bildirib.

“İranın Rusiyaya dəstəyi sanksiyaları artırır”

Makron və Netanyahu İranın nüvə problemini də müzakirə ediblər.

Fransa prezidenti İranın nüvə proqramında şəffaf olmasını bildirərək, əks halda nəticələrin qaçılmaz olacağı ilə bağlı xəbərdarlıq edib.

Həmçinin liderlər İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

“İranın Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi yeni sanksiyalara məruz qalması ilə nəticələnəcək”, – deyə Makron əlavə edib.

Sonda Makron Fransanın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha qeyd edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99354