
Malayziyada torpaq sürüşməsi nəticəsində azı 16 nəfər öldü
Malayziyada ferma düşərgəsində baş verən torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb.
Busaat.az xəbər verir ki, xilasedicilər hələ də itkin düşmüş 20-yə yaxın adamı axtarır.
Malayziya Yanğın və Xilasetmə Xidmətinin əməliyyat direktoru Nor Hişam Məhəmməd jurnalistlərə bildirib ki, hadisə nəticəsində 16 nəfər ölüb. Hazırda itkin düşən 17 nəfərin tapılması istiqamətində axtarışlar davam edir.
Hadisə yerinə yüzlərlə dövlət məmuru, o cümlədən polis və xilasedicilər cəlb edilib.
Busaat.az























