
Malayziyanın sabiq baş naziri korrupsiya ittihamı ilə saxlanılıb
Malayziyanın keçmiş baş naziri Muhyiddin Yasin korrupsiya ittihamı ilə saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (MACC) məlumat yayıb.
Sabiq nazir məhkəmədə onun administrasiyası tərəfindən təqdim edilən hökumət layihələri ilə əlaqəli qanunsuz davranış və çirkli pulların yuyulması iddialarına görə bir çox ittihamlarla üzləşməli olacaq.
Malayziyanın baş naziri Ənvər İbrahim kabinetindəki nazirlərə xəbərdarlıq edib ki, rüşvət verən və ya səlahiyyətdən sui-istifadə edən hər kəs dərhal işdən azad olunacaq.
Qeyd edək ki, Muhyiddin 2020-ci ilin martından 2021-ci ilin avqustuna qədər Malayziyanın baş naziri olub.
Busaat.az























