
Maltada itlər üçün teatr açılıb
Maltada heyvanlar üçün ilk ixtisaslaşdırılmış tamaşanı təqdim edən itlər üçün teatr yaradılıb.
Busaat.az xəbər verir ki, bu barədə Europulse məlumat yayıb.
Rejissorlar və aktyorlar iki it sahibi və onların himayəsində olanlar haqqında tamaşa hazırlayıblar.
Tamaşa zamanı itlər sakitləşdirici səslər, mehriban hürmələr, uşaqların söhbətləri, zərb alətlərinin yumşaq ritmlərini eşidiblər.
Bildirilir ki, bunlar heyvanlarda müsbət reaksiya verir və aqressiyaya səbəb olmur.
Busaat.az























