
MAQATE-nin ZNPP yaxınlığındakı partlayışlarla bağlı hesabatı təxribatdır - Renat Karça
Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında güclü partlayışlar barədə hesabatı ictimaiyyəti Rusiyanın nüvə təhlükəsizliyini təmin edə bilməməsinə inandırmaq məqsədi daşıyır.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Rosenerqoatom” nüvə energetikası şirkətinin rəhbərinin müşaviri Renat Karça bildirib.
“Bunu təxribatdan başqa nə iləsə təsvir etməyin mənası yoxdur”, – Karça qeyd edib.
“Bir tərəfdən onlar faydalı iş gördüklərini göstərmək istəyirlər, digər tərəfdən isə Qərbin kollektiv şüurunda Rusiyanın nüvə təhlükəsizliyini təmin edə bilməməsi fikri formalaşdırırlar”, – Karçaa əlavə edib.
Onun sözlərinə görə, həmin dövrdə atom stansiyasının ərazisində və ya onun yaxınlığında heç bir partlayış baş verməyib.
Busaat.az























