
MAQATE rəhbəri iyunun 23-də Rusiyaya səfər edəcək
MAQATE-nin baş direktoru Rafael Qrossi iyunun 23-də Rusiyaya səfər edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
“Görüş sabah, iyunun 23-də baş tutacaq”, – Ryabkov deyib.
O, əlavə edib ki, Qrossi Kalininqrada səfər edəcək və burada “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə görüş keçirəcək.
Busaat.az























