MAQATE rəhbərinin səfərindən Rusiyada xüsusi gözləntilər yoxdur – Ulyanov

image-ulyanovbackend

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) səfərindən Rusiyanın xüsusi gözləntiləri yoxdur”.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov TASS-a bildirib.

“Bizim bu səfərdən heç bir xüsusi gözləntimiz yoxdur. Rafael Qrossi Zaporojye AES-ə diqqətini artırıb, çünki o, Avropanın ən böyük atom elektrik stansiyasıdır və aktiv hərbi əməliyyatların yaxınlığında yerləşir”, – Ulyanov bildirib.

“Bundan əlavə, o, çox yaxşı bilir ki, yaxın keçmişdə bu atom elektrik stansiyası dəfələrlə Ukrayna tərəfindən kütləvi atəşə məruz qalıb. Rafael Qrossi və onu müşayiət edən şəxslər stansiyada vəziyyətlə şəxsən tanış olmaq üçün bir neçə saat vaxt keçirəcəklər”, – diplomat əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90