
MAQATE uranın zənginləşdirilməsi ilə bağlı İrana qarşı qaldırılmış üç işdən birini bağlayıb
MAQATE İranın uranı 83,7%-ə qədər zənginləşdirməsi ilə bağlı üç işdən birini müvafiq izahatlardan sonra bağlayıb.
Busaat.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
“İran və MAQATE arasında son qarşılıqlı əlaqələr nəticəsində Abade ilə bağlı iş bağlandı”, – məlumatda deyilir.
Agentliyin məlumatına görə, İran zərurət yaranarsa, obyektlərin yoxlanılması və onlara daha böyük nəzarətin həyata keçirilməsi ilə bağlı MAQATE ilə əməkdaşlığa hazırdır. Nəzarətin həyata keçirilməsi proseduru yaxın vaxtlarda Tehranda keçiriləcək texniki görüş zamanı iki tərəf arasında razılaşdırılacaq.
Busaat.az























