Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 549 $▲0.68%
  • Ethereum1 807 $▲2.17%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

MAQATE: Zaporojye AES-ə hücumlar dərhal dayandırılmalıdır

image-093e0000-0a00-0242-69f1-08da0212a129_w1200_r1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 MAQATE-nin direktoru Qrossi Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında (AES) və ətrafında baş verən partlayışların “qəbuledilməz” olduğunu bildirib və “Bunun arxasında kim dayanırsa, dərhal dayandırılmalıdır” deyib.

Busaat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) verilən yazılı açıqlamada bildirilib.

Məlumata görə, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye və ətrafında dünən gecə və bu səhər baş verən çoxsaylı partlayışlarla bağlı qiymətləndirmə aparılıb.

Açıqlamada həm AES-in yerləşdiyi əraziyə, həm də ətrafına onlarla bombanın düşdüyü vurğulanıb və mütəxəssislərin partlayışları görə bildiyi qeyd edilib.

Həmçinin, şiddətli bombardman nəticəsində obyektdə bəzi binaların, eləcə də avadanlıqların zədələndiyi, lakin nüvə təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı vəziyyətin olmadığı qeyd edilib.

Atom elektrik stansiyası və ətrafında qarşıdurmaların olmadığı təhlükəsiz bölgənin yaradılması üçün tərəflərlə danışıqların davam etdiyini bildirən Qrossi, “Təhlükəsiz zona real olana qədər təslim olmayacam. Davam edən bombardmanların göstərdiyi kimi, buna ehtiyac var” – deyə, əlavə edib.

Qrossi bir daha tərəfləri elektrik stansiyasının daxilində və ətrafında münaqişələrdən azad nüvə təhlükəsizliyi zonası yaratmağa çağırıb.

Qeyd edək ki, Atom elektrik stansiyasında və ətrafında son aylarda artan münaqişə və bombardmanlar səbəbindən tez-tez elektrik kəsilməsinin və mümkün nüvə fəlakətinin qarşısını almaq üçün Qrossi keçən ay Rusiya və Ukrayna hakimiyyətləri ilə təhlükəsiz zonanın yaradılması ilə bağlı danışıqlar aparıb, lakin bu istiqamətdə hələ də nəzərəçarpacaq irəliləyiş yoxdur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91169