
Marina Tauber Kişinyov hava limanında saxlanılıb
Moldovanın müxalif Sor Partiyasının sədr müavini Marina Tauber Kişinyov hava limanında saxlanılıb.
Busaat.az xəbər verir ki, bu barədə Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında Marina Tauber İstanbul üzərindən Təl-Əvivə gedərkən Kişinyov Beynəlxalq Hava Limanında saxlanılıb. Saxlanma Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun bu gün qəbul etdiyi qərar əsasında həyata keçirilib”, – Moldova prokurorluğunun saytında yerləşdirilən məlumatda bildirilir.
Busaat.az























