Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.44 $▼3.28%
  • WTI neft82.31 $▼2.87%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.372 $▲6.64%
  • Qızıl3 747 $▼1.04%
  • Gümüş45.29 $▼1.14%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.50 ¢▼3.43%
  • Bitcoin62 597 $▲0.58%
  • Ethereum1 770 $▲0.46%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Mariya Kolesnikova həbs olundu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Belarusun müxalifət lideri Mariya Kolesnikova hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Busaat.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat yayıb. Bildirilib ki, Kolesnikova hazırda Minskin Volodarskogo küçəsindəki 1 saylı həbsxanadadır.

“İstintaq Komitəsinin əsas istintaq şöbəsinin istintaq qrupunun rəhbəri Aleksandr Vasilyuk məni çağırdı və Kolesnikovanın həbs olunduğunu bildirdi. Paket gətirməyi təklif etdi”,- deyə müxalif siyasətçinin atası Aleksandr Kolesnikov jurnalistlərə bildirib.

Eyni zamanda, mülki geyimli və maskalı naməlum şəxslər Minskdəki İstiqlal prospektində yerləşən Kolesnikovanın evinə gəliblər. Onlar siyasətçinin mənzilində “istintaq fəaliyyəti” aparıldığını, ancaq hansı xarakter daşıdığını açıqlaya bilməyəcəklərini qeyd ediblər.

Xatırladaq ki, 7 sentyabrda Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən mikroavtobusa mindirilərək naməlum istiqamətdə aparılıb. Ertəsi gün səlahiyyətlilər onun ölkəni tərk etməyə çalışdığını, ancaq saxlanıldığını bildirib. Daha sonra isə Kolesnikovanın ölkədən çıxarılmasına qarşı çıxdığı və bunun üçün öz pasportunu cırdığı məlum olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17813