Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.77 $▼2.92%
  • WTI neft83.86 $▼1.04%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.254 $▲2.91%
  • Qızıl3 771 $▼0.41%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 019 $▼1.32%
  • Ethereum1 794 $▼1.60%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Marseldəki oyunda azərbaycanlılara qarşı görünməmiş ayrıseçkilik

image-159908_aw6npqlb2z
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin dünən keçirilən “Marsel” – “Qarabağ” oyununda (3:1) təəccüb doğuran hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, 90 dəqiqəlik matçın gedişatı zamanı azərbaycanlı azarkeşlərin yer aldığı tribuna və Azərbaycan bayrağı yayımı həyata keçirən fransız rejissorları tərəfindən bir dəfə də olsun ekranda göstərilməyib. Bunun əksinə olaraq, erməni azarkeşlərin Ermənistanın bayrağını açdığı tribunanı isə tez-tez görmək mümkün olub.

Qeyd edək ki, dinindən, milliyətindən asılı olmayaraq, bütün futbol, o cümlədən digər idman oyunlarında qonaq komandanın azarkeşlərinə hörmət əlaməti olaraq onların yer aldığı tribuna efirdə göstərilir. Amma “Marsel” – “Qarabağ” görüşü zamanı biz bunu görə bilmədik.

Əlbəttə, azərbaycanlı və erməni azarkeşlərə münasibətdəki bu görünməmiş ayrıseçkiliyi texniki məsələlərlə əlaqələndirmək çətindir. Burada siyasi məsələlərin rol oynadığını söyləmək mümkündür. Fransa tərəfinin ermənilərin yanında olduğunu bu dəfə futbol oyunları zamanı da görə bildik. Təbii ki, burada məsuliyyət birbaşa olaraq oyunun yayımını həyata keçirən Fransa tərəfinin, konkret olaraq, “Canal+”in üzərində düşür.

“Qarabağ” və “CBC Sport”un mövqeyi

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O deyib: “Yayımın yazılmamış qaydalarına əsasən, yayım rejissoru əvvəlcədən hər iki klubun azarkeşlərinin yerini müəyyənləşdirir. Komandanın vurduğu qoldan sonra o klubun azarkeşlərinin qol sevincini göstərir. Yəni normalda belə olur. Düzü, klubumuzun üzvləri həmin vaxt stadionda olduğu üçün hələ yayımı tam izləyə bilməmişik. Ona görə də mənə indi hansısa fikir bildirmək çətindir. Oyunu Fransanın “Canal +” telekanalı həyata keçirib. Bu, onların məsuliyyətində olan məsələdir”.

Oyunun yayımını Azərbaycanda həyata keçirən “CBC Sport” kanalının nümayəndəsi Şəmdəddin Abbasov isə Qol.az saytına açıqlamasında bildirib ki, yayımı Fransa tərəfi çəkərək Azərbaycan tərəfə ötürür: “Onlar nə ötürürsə, biz onu yayımlayırıq”.

Ş.Abbasov bidirib ki, ola bilər, burada siyasi məsələlər rol oynayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71604