
Maskla Bayden üz-üzə: "Twitter bütün dünyada yalanlar yayır"
Twitter bütün dünyada yalan informasiyalar yayır.
Busaat.az xəbər verir ki, ABŞ prezidenti Coe Bayden Elon Maskın bütün dünyada yalan informasiyalar yayan sosial media platformasını aldığını bildirib.
“İndi hamımız nədən narahatıq: Elon Mask bütün dünyaya yalanlar yayan platforma alır. Amerikada artıq redaktorlar yoxdur. Bu problemlə nə etmək olar? Uşaqların təhlükənin nə olduğunu anlaya bilmələrini gözləməməliyik” –deyə, Bayden bildirib.
Qeyd edək ki, Twitter işçi qüvvəsinin yarısını ixtisar edib.
Busaat.az























