Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.41 $▲1.07%
  • WTI neft86.57 $▲1.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.302 $▲2.77%
  • Qızıl4 054 $▼1.73%
  • Gümüş52.33 $▼1.73%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.25 ¢▲0.76%
  • Bitcoin73 649 $▼0.07%
  • Ethereum2 060 $▲0.45%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Matvienko da Ermənistana GƏLİR

image-1747890464_image_750x_682e217922c8ajpg-1747894159-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyunun 5-də Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistana səfər edəcək.

Busaat.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Rusiyanın yüksək rütbəli rəsmisi İrəvanda iki gün qalacaq və səfər kifayət qədər olaylı olacaq. Ev sahibi tərəf planlaşdırılan tədbirlərin təşkili məsuliyyətini öz üzərinə götürüb.
Ermənistandakı bir sıra Rusiya təşkilatlarına Moskvadan sirkulyar göndərilib və onların hər biri tədbir təşkil etməyi öhdəsinə götürüb. “Rusiya-Ermənistan humanitar əməkdaşlığının inkişafı istiqamətləri və resursları” və “Rusiya Federasiyasının regionları ilə Ermənistan arasında ticarət-iqtisadi əməkdaşlığın artım templəri” mövzularında dəyirmi masalar keçiriləcək.

Rusiya-Ermənistan İşgüzar Şurası Forumunun plenar iclası və digər bu kimi müzakirələr təşkil olunacaq. Qafanda Rusiya və Ermənistanın “qardaş şəhərlər№i arasında dialoqun inkişafı mövzusunda tədbir də gözlənilir.

Ermənstan KİV-i ayzır ki, Qafanın seçilmə səbəbini başa düşmək olar, üç ilə yaxındır ki, Rusiya orada konsulluq açmaqda maraqlıdır, amma rəsmi İrəvan bəzi bəhanələrlə o prosesi təxirə salır. Aylar əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan etmişdi ki, Moskva Ermənistanda may ayına qədər konsulluğun açılmasına aydınlıq gətiriləcəyini gözləyir, lakin mayın sonuna yaxınlaşdıqca, hələ də aydınlıq yoxdur.

Ötən gün Ermənistanda olan Sergey Lavrov da mövzuya toxunaraq, konsulluğun açılması üçün hazırlıq işlərinin getdiyini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164554