“”McDonald’s Azərbaycan”ın mövqeyinə hüquq-mühafizə orqanları münasibət bildirməlidir” – Rəy

“”McDonald’s Azərbaycan”ın mövqeyinə hüquq-mühafizə orqanları münasibət bildirməlidir” – Rəybackend

“İndiki zamanda “Qarabağ Azərbaycandır” sadəcə iki sözdən ibarət ifadə deyil”.

Busaat.az xəbər verir ki,bunu “McDonald’s Azərbaycan” şirkətinin ölkəmizdə boykot edilməsinə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz qeyd edib.

Osman Gündüzə görə, indiki anda boykot çağırışı nəinki doğrudur, hətta milli maraqlarımıza qarşı bu tip hərəkət edənlər məsuliyyətə cəlb edilməlidir:

“Azərbaycanla bağlı bütün lokal, regional və qlobal incəliklər, bütün detallar açılıb, kimin-kim olması ortadadır, bütün cəbhələrdə amansız vuruşma gedir. İndi Azərbaycan üçün, Azərbaycanla bağlı hər bir xırda detal üçün də mövqe ortaya qoymaq zamanıdır. Azərbaycanla əlaqəli istənilən məsələ konkret qoyulmalıdır. İndi seçim zamanır: Haqqın, ədalətin, hüququn tərəfindəsən yoxsa haqsızın və işğalçının?!

“McDonald’s Azərbaycan”nəzərə almalı idi ki, beynəlxalq hüquq Azərbaycan tərəfdədir. Bu baxımdan sözügedən şirkətin ABŞ -ın Erməni Cəmiyyətinin qlobal “McDonald’s”a təpkisi ilə “Qarabağ Azərbaycandır” paylaşımını öz rəsmi səhifələrindən silməsi nəinki biabırçılıqdır, hətta düşünürəm ki, hüquq-mühafizə orqanları dərhal buna münasibət bildirməlidir. Yəni, sahibkarlıqla bağlı qurumlar deyil, DTX bu tip məsələlərə diqqət etməlidir. Başda Ali Baş Komandan olmaqla, indi bütün ölkə “Qarabağ Azərbaycandır” uğrunda ölüm-dirim savaşı apardığı bir zamanda hansısa bir şirkətin bilərəkdən edilmiş bu tip hərəkəti etinasızlıq və sayğısızlıq yox, ciddi məsuliyyət yaradan hərəkətdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90