Türkiyədə mədəndə çökmə baş verib.
Busaat.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, çökmə Zonquldakda sənədsiz mədəndə olub.
Bir nəfərin dağıntılar altında qaldığı bildirilib.
Qeyd olunub ki, dağıntılar altında qalan şəxsin xilas edilməsi üçün işlər görülür.