
Medvedev Zelenskini hədəf aldı: Ölümü Hitler kimi olacaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Volodimir Zelenskinin nasist Almaniyasının lideri Adolf Hitlerin taleyini izləyərək “intihar edə” biləcəyi iddiasını irəli sürüb.
Busaat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yayımladığı yeni mesajında Ukrayna prezidenti Zelenskini hədəf alıb.
Dmitri Medvedev, Volodimir Zelenskinin sonunun Adolf Hitler kimi olacağını deyib.
Medvedev Zelenskinin sonu ilə bağlı, “Qorxaqcasına intihar edərək ölmək. Hitler kimi it zəhəri içmək…”, – mesajını paylaşıb.
Busaat.az























