
Məhəmməd Cəmşidi: “İranın BRİKS-ə üzv olması tarixi hadisədir”
İranın BRİKS-ə qoşulması tarixi hadisədir.
Busaat.az xəbər verir ki, bu barədə İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib.
“Tarixi bir addımla İran İslam Respublikası BRİKS-in daimi üzvü oldu. Bu, İranın xarici siyasətinin strateji qələbəsidir. İslam İnqilabının Ali Rəhbərinə və böyük İran xalqına salamlar olsun”, – o, X sosial media platformasında yazıb.
Qeyd edək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. Sammit 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində baş tutub.
Cənubi Afrika Respublikasının prezidentinin dediyi kimi, Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə qoşulacaq.























