Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandıbackend

Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

Busaat.az xəbər verir ki, ağır çəki dərəcəsində mübarizə aparan idmançı karyerasındakı üçüncü döyüşündə Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.

ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littlı məğlub etmişdi.