Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

image-7fed0eb128a171109af3ba36d295fc39bextiyarese-jpg-1backend

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.

Busaat.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki