Məhkəmə həbsdə olan dünya çempionuna BƏRAƏT VERDİ

Məhkəmə həbsdə olan dünya çempionuna BƏRAƏT VERDİbackend

Binəqədi rayon Məhkəməsində vəzifə saxtakarlığında iştirakda və sübutları saxtalaşdırmada təqsirləndirilən kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Busaat.az xəbər verir ki, Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Məcidova bəraət verilib.

Prokuror məhkəmənin qərarından apellyasiya protesti versə də, Bakı Apelyasiya Məhkəməsi Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, E. Məcidov 2018-ci ildə qayınatasını döyməkdə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90