Məhkəmələr seçkilərdə öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır

image-1704699062_inambackend

“Ölkəmizdə son illərdə də vətəndaşların məhkəmələrə əlçatanlığın artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır. Aparılan islahatlar məhkəmələrin fəaliyyətinə də öz töhfəsini verməkdədir. Məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib”.

Busaat.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan tədbirdə deyib.

“Ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki