Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Məhkumluq haqqında arayışla bağlı YENİLİK

image-sened-3-jpg-1732870322
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əmək və məşğulluq” altsisteminə (ƏMAS) məhkumluq haqqında arayışın əldə olunması ilə bağlı yeni funksionallıq əlavə edilib.

Bu barədə Busaat.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, işçi məhkumluq haqqında arayış əldə etmək üçün “mygov” portalına və ya mobil tətbiqinə giriş edərək “Xidmətlər” bölməsindən “Məhkumluq haqqında arayış” seçimini edə bilər. Daha sonra “İşə qəbul üçün” və ya “digər” bölmələrindən birini seçməklə arayışın hansı məqsədlə tələb olunduğunu qeyd edə bilər.

“İşə qəbul üçün” seçimi edildiyi təqdirdə işçi qurumun adını və ya VÖEN-i daxil etməklə arayışı göndərmək istədiyi qurumu müəyyən edir və müvafiq arayış həmin qurumun ƏMAS altsisteminə rəqəmsal qaydada ötürülür.

İşəgötürənlər isə ƏMAS-ın “Təqdim olunan arayışlar” bölməsinə daxil olmaqla işçilərin məhkumluq haqqında arayışlarını elektron qaydada əldə edə bilərlər.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yaradılmış bu funksionallığın əsas məqsədi işçilərin vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin edilməsidir” , – məlumatda qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154147