
Meksika ABŞ-yə hava məkanından istifadə üçün icazə verməyib
Meksika casus şarları axtarmaq istəyən ABŞ-yə hava məkanından istifadə etməyə icazə verməyib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador Asiya tərəfdən gəldiyini iddia etdiyi casus şarını axtarmaq üçün icazə istəyən ABŞ-yə hava məkanından istifadə icazəsi vermədiklərini söyləyib.
Mətbuat konfransında çıxış edən Obrador deyib: “Pentaqon Havay adalarından ölkənin hava məkanına daxil olmaq üzrə olan casus şarını təqib etmək üçün pilotsuz uçuş aparatları ilə hava sahəmizə daxil olmaq istədiklərini bildirmək üçün müdafiə nazirimizlə əlaqə saxladı. Onlar şarın Asiya tərəfdən gəldiyinə əmin olduqlarını söylədilər. Cavabımız, “Xeyr, içəri girə bilməzsiniz”, – oldu”.
Obrador vurğulayıb ki, Meksika ilə ABŞ arasındakı münasibətlər “itaət” və ya “təslim olmaq” əsaslı deyil, əməkdaşlığa əsaslanır.
Meksika prezidenti Andres Manuel Lopez Obrador aprelin 18-də ABŞ-ni ölkəsinə qarşı casusluqda və daxili işlərinə qarışmaqda ittiham edib.
Busaat.az























