Meksikada qəza – 49 ölü, 58 yaralı

image-49-migrants-die-in-a-truck-accident-in-southeastern-mexicobackend

Meksikada ağır yol qəzası baş verib.

Busaat.az  “İnterfaks”a istinadən xəbər verir ki, Latın Amerikasından olan 100-dən çox miqrantı daşıyan treyler avtomobili aşıb.

Çyapas ştatında baş verən qəza nəticəsində 49 nəfər həlak olub, daha 58 nəfər isə yaralanıb.

Ölənlər arasında qadın və uşaqlar da var.

Yaralılar xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, qəzaya səbəb nəqliyyat sisteminin əyləc sistemində yaranan problem olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki