
Meksikada silahlı hücum: 10 ölü
Meksikanın şimalında yolsuzluq yarışlarının keçirildiyi əraziyə silahlı hücum nəticəsində 10 nəfər ölüb.
Busaat.az xəbər verir ki, Meksika KİV-in məlumatına görə, Aşağı Kaliforniya ştatının Ensenada şəhərində yolsuzluq yarışlarının keçirildiyi ərazidə silahlı hücum həyata keçirilib.
Əraziyə mikroavtobusla gələn silahlılar təsadüfi atəş açıb, 10 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə sövq edilən sağlamlıq qrupları yaralılara müdaxilə edərkən, polis ərazini mühasirəyə alıb.
Ensenada Bələdiyyə Başçısı Armando Ayala Robles verdiyi açıqlamada hadisədən dərin kədərləndiyini ifadə edib: “Ştat prokurorluğu və federal polis bütün lazımi məlumatları təmin etmək üçün birlikdə çalışır. Məsul şəxslər ədalət qarşısında cavab verəcəklər”.
Busaat.az























