Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 481 $▲0.58%
  • Ethereum1 813 $▲2.49%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Məktəbli forması ilə bağlı qərarın yaratdığı NARAZILIQ: "Qanunu kobud şəkildə pozurlar"

image-1626441068_ftgrfgd
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda şagirdlərin yeni geyim forması dəsti 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq ediləcək. Bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb. Bu qərar isə valideynlər tərəfindən birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı, təhsil eksperti Günel Şəmilzadə
Busaat.az-a açıqlama verib.

Onun sözlərinə görə, bütün qərarlarda valideyn və şagirdlərin istəkləri nəzərə alınmalıdır. Çünki şagirdlər bundan həvəslə istifadə etməli və qürurla üzərlərində daşımalıdırlar:

image-58b5cd26-00cd-4d82-8404-803de7d81fd3

“Ümumtəhsil məktəblərində məktəbli geyimlərinin tez-tez dəyişdirilməsi əsasən valideynlərlə yanaşı, şagirdlərdə də kütləvi narazılıqlara səbəb olur. Bu vəziyyətdən süni istifadə edən tikiş fabrikləri və satış dükanları qiymət və keyfiyyətdə istədikləri dəyişiklikləri edərək, qanunu kobud şəkildə pozurlar. Məktəbli geyimlərində bir neçə problemli nüanslar var, ilk öncə onları vahid sistemdə birləşdirməliyik.

Təklif edirəm ki, ümumtəhsil məktəblərində respublika üzrə vahid geyim sistemi tətbiq olunmalıdır, şəhər və rayonlar üzrə fərq olmamalıdır. Hər kəsə məlumdur ki, hər peşə və ixtisasa sahib olanların xüsusi vahid geyim forması var. Məsələn həkim, polis, yanğınsöndürən və sair. Onlar cəmiyyətdə geyim formalarını böyük fəxr və sevgi ilə geyinir, hamı onları vahid geyim formasından asılı olaraq tanıyırlar. Ümumtəhsil ocaqlarında da bu sistemdən istifadə etsək, daha gözəl nəticələr əldə etmək olar. Məktəblərdə uşaqlar bütün dünyanı dərk edir və orada onların psixoloji pedaqoji bilik bacarıqları bütünləşərək inkişaf edir”.

Günel Şəmilzadə
hesb edir ki, uşaqların məktəbə xüsusi yanaşmalarını, öz şagird öhdəliklərinə daha da dəyər vermə qabiliyyətlərini artırmaq üçün vahid məktəbli geyim forması tətbiq edilməlidir:

“Vahid məktəbli geyim forması əsasən iki hissəyə ibtidai siniflər (1-4 siniflər) və yuxarı siniflər (5-11 siniflər) olmaqla, cüzi dəyişikliklər olmalıdır. İbtidai sinif və yuxarı sinif məktəbli geyimlərini bir-birindən fərqləndirmək üçün rəng və logo dəyişimi etmək mümkündür. Milli atributların məktəbli geyim formalarının üzərində həkk olunması daha məqsədə uyğun və vacib hesab edilməlidir. Rənglərin insan psixologiyasına necə təsir etdiyini bilərək daha motivəedici, ruhlandıran, rahatlığı təmin edən rənglər seçilməlidir. Yay və qış formaları isə daha əlverişli və rahat şəkildə biçilməlidir. Qış və yay geyim formaları sadəcə üst geyimi ilə fərqləndirilməlidir. Keyfiyyət və görünüş cəhətdən hər fəsilə uyğun üç düymə qısaqol köynəklər qız və oğlanlar üçün eyni, qızlar üçün isə ətəkləri daha əlverişli şəkilə salmaqla önü ətək arxası şort olaraq dizayn edilə bilər. Bunun üçün xüsusi tədqiqat metodlarından istifadə edərək sorğular keçirilə bilər.
Keyfiyyətin hərtərəfli təminatı üçün xüsusi nəhəng parça və tikiş fabriklərinə müraciət edərək kütləvi idxalı və satışı hərkəsə əlçatan olaraq reallaşdıra bilərik. Bütün yığılan məbləğ isə Təhsil fonduna köçürülərək, təhsilə dəstək layihələrinin mailiyəşməsində mühüm rol oynaya bilər. Bu zaman bütün narazılıqlar aradan qalxacağına inanıram”.

Ekspet qeyd edib ki, vahid məktəbli formasının tətbiqi bir sıra müsbət dəyişikliklərə yol aça bilər:

“Bu amillərə ümumtəhsil məktəblərində vahid və dəyişməz məktəbli geyimi , ümumtəhsil məktəbləri hazırlanan geyimlərin idxalının və satışının bir müəssisəyə aid olması və Təhsil fonduna köçürülməsi, təhsil alanların daha keyfiyyətli geyimlərlə təmini daxildir. Eyni zamanda vahid geyim forması bütün valideynlərin cibinə uyğun satış qiymətinə olmalıdır. Nəticədə satış bazarlarında süni və keyfiyyətsiz məktəbli formalarının aradan qaldırılması mümkündür”.

Busaat.az

Sevinc

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73683